ABŞ bu il hərbi kəşfiyyata 18,4 mlrd. dollar sərf edib

ABŞ bu il hərbi kəşfiyyata 18,4 mlrd. dollar sərf edib Pentaqon gələn maliyyə ili üçün bu məqsədlərə 20,7 mlrd. dollar istəyib
Digər ölkələr
2 Noyabr , 2017 22:24
ABŞ bu il hərbi kəşfiyyata 18,4 mlrd. dollar sərf edib

Bakı. 2 noyabr. REPORT.AZ/ ABŞ 30 sentyabr 2017-ci il tarixində başa çatan maliyyə ilində hərbi kəşfiyyata 18,4 mlrd. dollar vəsait xərcləyib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.

Cümə axşamı yayılan qısa bəyanatda bildirilir ki, hərbi kəşfiyyat proqramı, eləcə də, xarici əməliyyatların reallaşdırılması üçün ayrılan büdcə 18,4 mlrd. dollar təşkil edib.

Müdafiə Nazirliyi qeyd edib ki, bu proqramın detalları və ya onun maliyyələşdirilməsi barədə heç bir əlavə məlumat olmayacaq.

Pentaqon iyunda ABŞ Konqresindən 2018-ci maliyyə ili üçün hərbi kəşfiyyata 20,7 mlrd. dollar istədiyini bəyan edib.

Son xəbərlər

Orphus sistemi