ABŞ bu il Əfqanıstanı İŞİD yaraqlılarından azad etmək niyyətindədir

ABŞ bu il Əfqanıstanı İŞİD yaraqlılarından azad etmək niyyətindədir ABŞ Hərbi Qüvvələrinin Əfqanıstandakı nümayəndəsi: "2017-ci ildə onları məhv etmək üçün yaxşı şansımız var"
Digər ölkələr
2 May , 2017 11:21
ABŞ bu il Əfqanıstanı İŞİD yaraqlılarından azad etmək niyyətindədir

Bakı. 2 may. REPORT.AZ/ ABŞ cari ildə Əfqanıstanın rayonlarını İŞİD terror qruplaşmasının yaraqlılarından təmizləmək niyyətindədir.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ Hərbi Qüvvələrinin Əfqanıstandakı nümayəndəsi Bill Salvin məlumat verib.

"2017-ci ildə onları məhv etmək, həmçinin İŞİD terror qruplaşmasının başqa bölgələrdə zərərsizləşdirilməsindən sonra Əfqanıstanın yenidən toparlanmaq və hücum etmək üçün məkan olmadığını onlara başa salmaq üçün yaxşı şansımız var", - deyə B.Salvin bildirib.

Onun sözlərinə görə, daha əvvəl bölgədə İŞİD yaraqlılarının sayı 2,5-3 min nəfərə çatırdısa, hazırda döyüşlərdə ölüm və fərarilik halları ilə əlaqədar say 800-ə qədər azalıb.

Qeyd edək ki, ABŞ 2001-ci ildə Əfqanıstanda "Taliban" hərəkatının yaraqlılarına qarşı hərbi əməliyyatlara başlayıb. Hazırda ölkədə təxminən 8,4 min amerikalı hərbçi var. Onlar əsasən, yerli təhlükəsizlik qüvvələrinə Taliban və İŞİD yaraqlılarına qarşı mübarizədə yardım edir.

Son xəbərlər

Orphus sistemi