Yuxarı

​ABŞ, Britaniya, Fransa və Almaniya liderləri Suriyadakı vəziyyəti müzakirə ediblər

Liderlər atəşkəs rejiminə dair sazişin ən qısa vaxtda qüvvəyə minəcəyinə ümid etdiklərini bildiriblər

Bakı. 24 fevral. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama, Böyük Britaniyanın baş naziri Devid Kemeron, Fransa prezidenti Fransua Olland və Almaniya kansleri Angela Merkel telefonla Suriyadakı vəziyyəti müzakirə ediblər.

"Report" xəbər verir ki, bu barədə Yelisey sarayının bəyanatında bildirilir.

Qeyd olunur ki, ölkə liderləri atəşkəsə dair sazişin ən qısa müddətdə qüvvəyə minəcəyinə ümid etdiklərini bildiriblər.

"Tərəflər Suriyaya dəstək beynəlxalq qrupunun fevralın 11-də üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsinə, ...xüsusilə Rusiya və Suriya rejiminin mötədil müxalifət qruplaşmaları və dinc əhaliyə zərbələri dayandırmasını çox diqqətlə izləyəcəklərini bildiriblər", — deyə bəyanatda qeyd olunur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi