Amerika administrasiyası Braziliyada üç fiziki və iki hüquqi şəxsə qarşı “Əl-Qaidə” terror qruplaşmasına dəstək vermək ittihamı ilə sanksiyalar tətbiq edir.
“Report” xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Qərarla Əhməd əl-Xatib, Məhəmməd Avad, Xaisam əl-Magrabi, həmçinin “Home Elegance Comercio de Moveis EIRELI” və “Enterprise Comercio de Moveis e Intermediacao de Negocios EIRELI” şirkətlərinə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq ediləcək. Bu iki firma Braziliyanın ən böyük metropolisi San Pauloda yerləşir və mebel satışı ilə məşğuldur.
“Qara siyahı”ya düşən hər üç şəxsin Misir vətəndaşlığı var. Bundan əlavə, Əhməd əl-Xatib Livan, Avad isə Suriya vətəndaşıdır. Əl-Maqrabi Braziliyaya 2015-ci ildə gəlib.
Bu üç şəxsin və iki firmanın əgər ABŞ yurisdiksiyasındakı aktivləri varsa, həbsə məruz qalır. Bundan əlavə, indi Amerika vətəndaşlarının onlarla hər hansı işgüzar əlaqədə olması qadağandır.