ABŞ böyük miqrant axınına hazırlaşır

ABŞ böyük miqrant axınına hazırlaşır Bu barədə ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyinin rəhbəri Alexandro Mayorkas açıqlama verib
Digər ölkələr
16 Mart , 2021 19:57
ABŞ böyük miqrant axınına hazırlaşır

ABŞ cənub-qərb sərhədində son 20 ilin ən böyük miqrant axını ilə üzləşmək üzrədir.

“Report” xəbər verir ki, bu barədə ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyinin rəhbəri Alexandro Mayorkas açıqlama verib.

Sözügedən sərhəddə 2020-ci ilin aprel ayından bu yana Latın Amerikası ölkələrindən qanunsuz miqrant sayının durmadan artdığını qeyd edən qurum rəhbəri gələn miqrantların koronavirus pandemiyasına qarşı qabaqlayıcı tədbir olaraq əksər hallarda geri qaytarıldıqlarını diqqətə çatdırıb. Müşayiətsiz gələn azyaşlı uşaqların isə 80 faizinin ABŞ-da ailələrinin üzə çıxdığı və öz ailələrinə təhvil verildiyi bildirilib.

Miqrant axınının Meksika, El-Salvador, Quatemala və Honduras respublikalarındakı yoxsulluq, zorakılıq və korrupsiya kimi hallar üzündən artdığı qeyd olunur.

Son iki ay ərzində miqrant ailələr və müşayiətsiz uşaqlarla bağlı bir sıra tənzimləyici tədbirlər tətbiq olunmağa başlayıb.

ABC xəbər verir ki, sərhəd xidməti bölmələrində 4,8 min müşayiətsiz gəlmiş uşaqlar toplaşıb və sayları artmaqda davam edir.

Son xəbərlər

Orphus sistemi