ABŞ BMT Təhlükəsizlik Şurasının toplanmasını istəyib

ABŞ BMT Təhlükəsizlik Şurasının toplanmasını istəyib ABŞ Ukraynadakı vəziyyətlə əlaqədar yanvarın 31-də BMT Təhükəsizlik Şurasının toplantısının keçirilməsi ilə bağlı müraciət edib.
Digər ölkələr
28 Yanvar , 2022 10:07
ABŞ BMT Təhlükəsizlik Şurasının toplanmasını istəyib

ABŞ Ukraynadakı vəziyyətlə əlaqədar yanvarın 31-də BMT Təhükəsizlik Şurasının toplantısının keçirilməsi ilə bağlı müraciət edib.

“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild bildirib.

Onun sözlərinə görə, ABŞ Rusiyanın Ukraynaya münasibətini və Ukrayna-Belarus sərhədində hərbi qüvvə cəmləşdirməsi məsələsini müzakirə etmək niyyətindədir.

Linda Tomas-Qrinfild bildirib ki, bu fakt BMT Təhlükəsizlik Şurası tərəfindən tamamilə araşdırılmalı və nəzərdən keçirilməlidir: "Rusiyanın Ukraynaya təcavüz edəcəyi halda beynəlxalq öhdəlik və prinsiplər, eləcə də Ukrayna, Rusiya və Avropa ilə bağlı mənzərə müzakirə edilməlidir".

Son xəbərlər

Orphus sistemi