ABŞ BMT-nin büdcəsinin daha 250 milyon dollar azaldılmasını təklif edib

ABŞ BMT-nin büdcəsinin daha 250 milyon dollar azaldılmasını təklif edib Diplomatların fikrincə, buna nail olmaq mümkün deyil
Digər ölkələr
13 Dekabr , 2017 11:49
ABŞ BMT-nin büdcəsinin daha 250 milyon dollar azaldılmasını təklif edib

Bakı. 13 dekabr. REPORT.AZ/ ABŞ Birləşmiş Millətlər Təşkilatının (BMT) 2018-2019-cu illər üçün büdcəsini Baş katib Antoniu Quterrişin təklif etdiyi 200 milyon dollarlıq azalmadan əlavə, daha 250 milyon dollar azaltmaq təklifi ilə çıxış edib.

"Report" xəbər verir ki, bu barədə diplomatlara istinadən AFP məlumat yayıb.

ABŞ-ın təklif etdiyi məbləğ 5% azalma anlamına gəlir.

Diplomatların fikrincə, buna nail olmaq, demək olar, mümkün deyil.

Eyni zamanda, Avropa İttifaqı 170 milyon dollarlıq əlavə maliyyə vəsaiti cəlb etmək barədə təklif verib.

Hazırda büdcə layihəsi müzakirə üçün Baş Assambleyanın Komitəsinə təqdim olunub. Layihənin dekabrın sonunadək qəbul ediləcəyi gözlənilir.

Daha əvvəl A.Quterriş BMT-nin 2017-2018-ci illər üzrə büdcəsinin 2016-2017-ci illər ilə müqayisədə 200 milyon dollar azaldılaraq 5,4 milyard dollara çatdırılmasını təklif edib.

Xatırladaq ki, BMT-nin büdcəsi təşkilata üzv dövlətlərin ianələri hesabına formalaşır. İanənin həcmi adambaşına düşən gəlir nəzərə alınmaqla onillik müddətdə ÜDM-in orta göstəricisindən və xarici borcdan asılıdır. Hazırda ABŞ BMT-nin əsas maliyyə mənbəyidir və büdcənin 22%-ni təmin edir.

Son xəbərlər

Orphus sistemi