ABŞ bir neçə həftəyə qoşunlarını Suriyadan çıxara bilər

ABŞ bir neçə həftəyə qoşunlarını Suriyadan çıxara bilər Bakı. 11 fevral. REPORT.AZ/ ABŞ-ın quru qoşunlarının Suriyadan çıxarılması, ehtimal ki, bir neçə yaxın həftə ərzində başlayacaq.
Digər ölkələr
11 Fevral , 2019 07:40
ABŞ bir neçə həftəyə qoşunlarını Suriyadan çıxara bilər

Bakı. 11 fevral. REPORT.AZ/ ABŞ-ın quru qoşunlarının Suriyadan çıxarılması, ehtimal ki, bir neçə yaxın həftə ərzində başlayacaq.

“Report” xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələri Mərkəzi Komandanlığının rəhbəri general Cozef Votel deyib.

"Lakin təkrar edirəm, hər şey oradakı vəziyyətdən asılı olacaq. Düşünürəm ki, istədiyimiz vaxt çərçivəsinə uyğunlaşırıq", - deyə "Reuters" onun sözlərini sitat gətirib.

Bundan əvvəl KİV ABŞ-ın aprelin sonunda qoşunlarını Suriyadan çıxarmağa hazırlaşdığını yazıb.

Son xəbərlər

Orphus sistemi