Amerikanın İraqdakı səfirliyi və baş konsulluğunun diplomatik missiyanın kritik funksiyaları ilə əlaqəli olmayan əməkdaşları ölkəni tərk edə bilərlər.
“Report” xəbər verir ki, bu barədə Dövlət Departamentinin bəyanatında deyilir.
Departament həmçinin amerikalılara İraqa səfər etməməyi tövsiyə edib. Qərar oktyabrın 20-də verilib, lakin sərəncam yalnız bu gün idarənin saytında yerləşdirilib.
Təhlükəsizlik məqsədilə ABŞ hökumət işçilərinə Bağdaddakı beynəlxalq hava limanından istifadə etməmək tövsiyə olunub.