ABŞ beynəlxalq yardımlara ayrılan xərcləri azaltmaq niyyətindədir

ABŞ beynəlxalq yardımlara ayrılan xərcləri azaltmaq niyyətindədir ABŞ Prezidentinin Administrasiyası beynəlxalq yardımlara ayrılan xərcləri 4,3 milyard dollar azaltmaq niyyətindədir.
Digər ölkələr
16 Avqust , 2019 10:47
ABŞ beynəlxalq yardımlara ayrılan xərcləri azaltmaq niyyətindədir

ABŞ Prezidentinin Administrasiyası beynəlxalq yardımlara ayrılan xərcləri 4,3 milyard dollar azaltmaq niyyətindədir.

“Report” “Politico”ya istinadən xəbər verir ki, administrasiyadakı mənbələrə görə, Ağ evin büdcə idarəsində hazırlanmış müvafiq sənəd layihəsi USAİD (ABŞ Beynəlxalq İnkişaf Agentliyi) məsrəflərinin 2,3 milyard dollar, Dövlət Departamentinin xətti ilə həyata keçirilən proqramların maliyyəsinin isə 2 milyard dollar ixtisarını nəzərdə tutur.

Büdcəyə düzəlişlərin Konqresə gələn həftənin əvvəlində təqdim ediləcəyi bildirilir. Sonrakı 45 gün ərzində Konqres üzvləri bu layihəni müzakirə edəcəklər.

Bu ixtisarın ABŞ prezidentinin qızı İvanka Tramp və vitse-prezident Mayk Pens tərəfindən himayə olunan yardım proqramlarına şamil edilmədiyi bildirilir.

Son xəbərlər

Orphus sistemi