​ABŞ Beynəlxalq Cinayət Məhkəməsinin Fələstini tanımasını pisləyir

​ABŞ Beynəlxalq Cinayət Məhkəməsinin Fələstini tanımasını pisləyir "Biz BCM prokurorunun bugünki fəaliyyəti ilə bağlı dərin narazılığımızı ifadə edirik"
Digər ölkələr
17 Yanvar , 2015 08:47
​ABŞ Beynəlxalq Cinayət Məhkəməsinin Fələstini tanımasını pisləyir

Bakı. 17 yanvar. REPORT.AZ/ ABŞ Dövlət Departamenti Beynəlxalq Cinayət Məhkəməsinin Fələstinin (BCM) İsrail ilə bağlı şikayətinə baxmasını təqdir etmədiyini bəyan edib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Amerikanın xarici siyasət idarəsinin məlumatında bildirilir.

"Biz BCM prokurorunun bugünki fəaliyyəti ilə bağlı dərin narazılığımızı ifadə edirik. Dəfələrlə bəyan etdiyimiz kimi, biz Fələstini dövlət hesab etmirik və bu səbəbdən onun BCM-ə daxil olmaq üçün əsaslarının olduğuna inanmırıq", - deyə bəyanda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi