ABŞ Bəhreynə qarşı hərbi embarqonu ləğv edir

ABŞ Bəhreynə qarşı hərbi embarqonu ləğv edir ABŞ Dövlət Departamentində bildiriblər ki, Bəhreyndə vəziyyət ideal olmasa da, son dövrdə ciddi irəlləyişə nail olunub
Digər ölkələr
30 İyun , 2015 08:34
ABŞ Bəhreynə qarşı hərbi embarqonu ləğv edir

Bakı. 30 İyun. REPORT.AZ/ ABŞ dörd il əvvəl Bəhreyndə baş verən iri miqyaslı anti-hökümət nümayişləri zamanı yaşanan qanlı qarşıdurmaya cavab olaraq rəsmi Manamaya qarşı tətbiq etdiyi hərbi emborqanu ləğv etmək barədə qərar qəbul edib.

"Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, ABŞ Dövlət Departamentinin nümayəndəsi Con Kirbi bildirib ki, Bəhreyndə vəziyyət ideal olmasa da, son dövrdə rəsmi Manama ciddi irəlləyişə nail olub.

Rəsmi Vaşinqtonun bu qərarı artıq hüquq müdafiəçilərinin ciddi tənqidinə səbəb olub.

Qeyd edək ki, ABŞ-ın beşinci donanması Bəhreyn paytaxtının qərb hissəsində qərarlaşıb.

Bəhreyn hökuməti bu bazadan İrana qarşı istənilən tədbirin keçirilməsinə qadağa qoysa da, İran dəfələrlə bildirib ki, amerikalılar tərəfdən təcavüz başlanacağı halda 5-ci donanma İranın müxtəlif raketləri və hərbi hava qüvvələrinin hücumuna məruz qalacaq 37 hədəfdən biri olacaq.   

Son xəbərlər

Orphus sistemi