ABŞ bayrağı Kubadakı səfirlik qarşısında ucalacaq

ABŞ bayrağı Kubadakı səfirlik qarşısında ucalacaq Rəsmi açılış mərasiminə dövlət katibi Con Kerrinin rəhbərlik etdiyi nümayəndə heyəti qatılacaq
Digər ölkələr
14 Avqust , 2015 01:55
ABŞ bayrağı Kubadakı səfirlik qarşısında ucalacaq

Bakı. 14 avqust. REPORT.AZ/ ABŞ-Kuba əlaqələrinin tarixi normallaşma prosesinin növbəti mərhələsi Havanada keçirilir. "Report"un məlumatına görə, Havanada ABŞ səfirliyinin qarşısına bu gün ABŞ bayrağı sancılacaq.

Tədbir diplomatik təsisatın on illərlə davam düşmənçilikdən sonra fəaliyyətinin bərpasına həsr edilir.

ABŞ və Kuba səfirlikləri iyulun 20-dən bəri fəaliyyətdədir. Xatırladaq ki, Kuba ötən ay ABŞ-da öz səfirliyini açıb. ABŞ isə rəsmi açılış mərasimini dövlət katibi Con Kerrinin rəhbərlik etdiyi nümayəndə heyətinin Havanaya səfəri zamanı təşkil edəcək.

Səfirliklərin açılışı daha çox amerikalının Kubaya səfər etməsi və kubalılara ABŞ-ın Havanadakı səfirliyinə daxil olma imkanı yaradacaq.

Son xəbərlər

Orphus sistemi