ABŞ Baş Qərargahı Putini ölkənin maraqları üçün ən böyük təhlükə adlandırıb

ABŞ Baş Qərargahı Putini ölkənin maraqları üçün ən böyük təhlükə adlandırıb Mühüm qaynar nöqtələrdə silahlanma həcmi onları bizim üçün əsas çağırışa çevirir
Digər ölkələr
24 Sentyabr , 2016 20:54
ABŞ Baş Qərargahı Putini ölkənin maraqları üçün ən böyük təhlükə adlandırıb

Bakı. 24 sentyabr. REPORT.AZ/ ABŞ Silahlı Qüvvələrinin qərargah rəislərinin Birləşmiş komitəsinin rəhbəri Cozef Danford Rusiyanın təcavüzkar hərəkətlərini ölkənin milli maraqları üçün ən böyük potensial təhlükə adlandırıb.

"Report" xəbər verir ki, bu barədə "Amerikanın səsi" məlumat yayıb.

"Rusiya prezidenti Vladimir Putinin Ukrayna, Krım, Gürcüstandakı hərəkətlərinə baxdıqda, bu mənə deməyə əsas verir ki, Rusiyanın davranışları və mühüm qaynar nöqtələrdə silahlanma həcmi onları bizim üçün əsas çağırışa və ABŞ-ın milli maraqları üçün ən böyük potensial təhlükəyə çevirir", - deyə o bildirib.

Son xəbərlər

Orphus sistemi