ABŞ Bahram aviabazasını Əfqanıstana təhvil verdi

ABŞ Bahram aviabazasını Əfqanıstana təhvil verdi ABŞ Əfqanıstanın ən böyük Bahram aviabazasından çıxdığını təsdiqləyib.
Digər ölkələr
3 İyul , 2021 04:29
ABŞ Bahram aviabazasını Əfqanıstana təhvil verdi

ABŞ Əfqanıstanın ən böyük Bahram aviabazasından çıxdığını təsdiqləyib.

“Report” xəbər verir ki, bu barədə Ağ Evin rəsmi nümayəndəsi Cen Psaki bildirib.

Onun sözlərinə görə, aviabaza artıq Əfqanıstanın təhlükəsizlik qüvvələrinə təhvil verilib.

Bundan əvvəl ABŞ-ın geri çəkilməsini Əfqanıstan hakimiyyəti və Taliban tərəfindən təsdiqlənmişdi.

Qeyd edək ki, Əfqanıstanın ən böyük Bahram aviabazası Kabilin şimalında yerləşir. 1979-1989-cu illərdə baş verən Əfqanıstan müharibəsi dövründə Sovet İttifaqı qoşunları tərəfindən istifadə edilib. ABŞ-ın 2001-ci ildə Əfqanıstana gəlməsindən sonra Amerika qüvvələrinin əsas bazası olub.

Son xəbərlər

Orphus sistemi