ABŞ azı 50 min əfqan qaçqını qəbul etməyi planlaşdırır

ABŞ azı 50 min əfqan qaçqını qəbul etməyi planlaşdırır ABŞ Əfqanıstandan təxliyə edilmiş qaçqınların yerləşdirilməsi proqramını azı 50 min nəfərə qədər genişləndirmək niyyətindədir.
Digər ölkələr
3 Sentyabr , 2021 19:56
ABŞ azı 50 min əfqan qaçqını qəbul etməyi planlaşdırır

ABŞ Əfqanıstandan təxliyə edilmiş qaçqınların yerləşdirilməsi proqramını azı 50 min nəfərə qədər genişləndirmək niyyətindədir.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Şimal Komandanlığının rəhbəri general Qlen Van Hirk cümə günü keçirdiyi brifinqdə bildirib.

"ABŞ-a evakuasiya edilənlərin sayını azı 50 min nəfərə çatdırmaq üçün çalışırıq", - Hirk deyib.

Qeyd edək ki, hazırda ABŞ-a 25 600 nəfər evakuasiya edilib. Bütün qaçqınlara sığınacaq verilib, yemək, su, tibbi yardım göstərilir.

Son xəbərlər

Orphus sistemi