ABŞ Avstraliyaya dörd “B-2 Spirit” yerləşdirib

ABŞ Avstraliyaya dörd “B-2 Spirit” yerləşdirib ABŞ Hərbi Hava Qüvvələri Çinə görə Avstraliyaya daha dörd “B-2 Spirit” strateji gizli bombardmançı təyyarə yerləşdirib.
Digər ölkələr
5 Avqust , 2022 05:47
ABŞ Avstraliyaya dörd “B-2 Spirit” yerləşdirib

ABŞ Hərbi Hava Qüvvələri Çinə görə Avstraliyaya daha dörd “B-2 Spirit” strateji gizli bombardmançı təyyarə yerləşdirib.

“Report” xəbər verir ki, bu barədə peyk şəkillərinə istinadən “The Drive” nəşri yazıb.

Nəşrin məlumatına görə, bu günə qədər ABŞ Avstraliyada “B-2 Spirit” donanmasının 20%-ni yerləşdirib. Bildirilib ki, təyyarənin ikisi ABŞ-dan Avstraliyaya iyulun 10-da, daha ikisi isə iyulun 12-də gedib.

Qeyd edək ki, Çin Xalq Azadlıq Ordusu avqustun 4-də ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfəri fonunda Tayvan ətrafındakı altı ərazidə genişmiqyaslı canlı atəşli hərbi təlimlərə başlayıb. Təlimlər avqustun 7-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi