ABŞ avropalı müttəfiqlərinin müdafiəsi üçün maliyyə təşəbbüslərini artırmağı planlaşdırır

ABŞ avropalı müttəfiqlərinin müdafiəsi üçün maliyyə təşəbbüslərini artırmağı planlaşdırır Birləşmiş Ştatların müdafiə xərcləri artacaq
Digər ölkələr
24 May , 2017 11:03
ABŞ avropalı müttəfiqlərinin müdafiəsi üçün maliyyə təşəbbüslərini artırmağı planlaşdırır

Bakı. 24 may. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp növbəti maliyyə ili üçün 668 milyard dollar həcmində müdafiə büdcəsi layihəsini təqdim edib.

"Report" "Amerikanın səsi"nə istinadən xəbər verir ki, büdcə təklifi Müdafiə Nazirliyinin xərclərinin 574,5 milyard dollara qədər artırılmasını nəzərdə tutur. Bu rəqəm isə Konqres tərəfindən müəyyən edilən limitdən 52 milyard dollar çoxdur.

Sənəd altı gəminin, bir neçə yeni qırıcı təyyarənin və digər silahların alınmasını ehtiva edir. Eyni zamanda, Silahlı Qüvvələrin tərkibi də 56 min nəfərdən çox artmalıdır.

Yeni büdcə layihəsinə görə, 65 milyard dollar xaricdə əməliyyatlar üçün ehtiyat fonda köçürüləcək. Bunun da 46 milyard dolları Əfqanıstandakı əməliyyatlar üçün nəzərdə tutulub. Qalan puldan İraq və Suriyada İŞİD-ə qarşı əməliyyatlar, NATO müttəfiqləri və ABŞ-ın Avropadakı tərəfdaşlarına dəstək, eləcə də dünya üzrə tərəfdaş ölkələrin potensialının gücləndirilməsi layihələri maliyyələşdiriləcək.

Layihəyə əsasən, 2017-ci ildə ABŞ-ın avropalı müttəfiqlərinin müdafiəsini nəzərdə tutan Avropanın təhlükəsizliyinin təmin edilməsi təşəbbüsünün (European Reassurance initiative, ERI) həyata keçirilməsi üzrə 3,4 milyard dollar tələb olunmuşdusa, oktyabrın 1-dən başlayacaq 2018-ci fiskal ili üçün 4,8 milyard dollar tələb edilib.

Son xəbərlər

Orphus sistemi