ABŞ Assanjın ekstradisiyası ilə bağlı Britaniyaya sorğu göndərib

ABŞ Assanjın ekstradisiyası ilə bağlı Britaniyaya sorğu göndərib ABŞ-ın Ədliyyə Nazirliyi WikiLeaksin yaradıcısı Culian Assanjın ekstradisiyası ilə bağlı Britaniyaya rəsmi sorğu göndərib.
Digər ölkələr
11 İyun , 2019 06:44
ABŞ Assanjın ekstradisiyası ilə bağlı Britaniyaya sorğu göndərib

ABŞ-ın Ədliyyə Nazirliyi "WikiLeaks"in yaradıcısı Culian Assanjın ekstradisiyası ilə bağlı Britaniyaya rəsmi sorğu göndərib.

"Report" xəbər verir ki, bu barədə Amerikanın adı açıqlanmayan məmuruna istinadən "The Washington Post" məlumat yayıb.

Mənbənin sözlərinə görə, sorğu ötən həftənin cümə axşamı günü göndərilib. 

Nəşr iddia edir ki, bu, Amerika tərəfindən Assanja qarşı sonrakı ittihamların irəli sürülməsini "az ağlabatan" edir. Rəsmi Vaşinqton və Londonun müqaviləsi sorğunun Assanjın həbsindən sonrakı 60 gün ərzində göndərilməli olduğunu nəzərdə tutur. 

Assanj Ekvadorun Londondakı səfirliyi ərazisində, aprelin 11-də saxlanılıb. ABŞ-ın Ədliyyə Nazirliyi "WikiLeaks"in yaradıcısı Culian Assanja qarşı yeni ittihamlar hazırlayıb. Qurum məhkum edilmiş fırıldaqçını əsas şahid qismində prosesə cəlb edib.

Son xəbərlər

Orphus sistemi