Yuxarı
    Bağlamaq

    ABŞ artıq Bəşşar Əsədin devrilməsini istəmir

    Nikki Heyli: “Barak Obama Bəşşar Əsədi devirməyə cəhd etsə də, Donald Trampın prezidentliyi dövründə belə siyasət yürüdülməyəcək”

    Bakı. 31 mart. REPORT.AZ/ “Suriya prezidenti Bəşşar Əsəd hakimiyyətinin devrilməsi ABŞ-ın bu ölkə üzrə siyasətinin əsasını təşkil etmir”.

    “Report” BBC-yə istinadən xəbər verir ki, bunu ABŞ-ın BMT-dəki səfiri Nikki Heyli bildirib.

    “ABŞ üçün başlıca məsələ suriyalıların firavan həyatı üçün mümkün dəyişiklikləri etməyə yollar axtarmaqdır. Barak Obama Bəşşar Əsədi devirməyə cəhd etsə də, Donald Trampın prezidentliyi dövründə belə siyasət yürüdülməyəcək”, - deyə, amerikalı diplomat vurğulayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi