ABŞ analoqundan 17 dəfə sürətli olan raket hazırlayır

ABŞ analoqundan 17 dəfə sürətli olan raket hazırlayır ABŞ dünyada mövcud olan hipersəsli raketlərdən daha sürətli hərəkət edəcək silah hazırlayır.
Digər ölkələr
693
11 İyul , 2020 04:09
ABŞ analoqundan 17 dəfə sürətli olan raket hazırlayır

ABŞ dünyada mövcud olan hipersəsli raketlərdən daha sürətli hərəkət edəcək silah hazırlayır.

“Report” xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Florida ştatındakı Cənub Komandanlığın qərargahında bəyan edib.

“İnkişaf mərhələsində çox maraqlı silahlarımız var. Bizim digər raketlərdən 17 dəfə daha sürətli olan raketimiz, heç kimin ağlına gəlməyəcək silahımız var”.

Tramp bildirib ki, bu yaxınlarda ABŞ Hərbi Havva Qüvvələrinin silahlanmasına 2,5 trilyon ABŞ dolları xərclənib:

“Dünyada ən yaxşı hərbi texnika bizdədir”-deyə, Tramp qeyd edib.