ABŞ Amerika yəhudilərinə qarşı yönələn təhdidləri pisləyib

ABŞ Amerika yəhudilərinə qarşı yönələn təhdidləri pisləyib Bunu ABŞ prezidentinin mətbuat katibi Şon Spayser deyib
Digər ölkələr
7 Mart , 2017 23:26
ABŞ Amerika yəhudilərinə qarşı yönələn təhdidləri pisləyib

Bakı. 7 mart. REPORT.AZ/ Ağ Ev çərşənbə axşamı ABŞ-da yaşayan yəhudilərin ünvanına yönələn təhdidləri pisləyib.

"Report" xəbər verir ki, bunu ABŞ prezidentinin mətbuat katibi Şon Spayser jurnalistlərə deyib.

"Biz yeni anti-semit təhdid və nifrət dalğasını ən qəti şəkildə pisləyirik", — deyə Şon Spayser bildirib.

Bundan əvvəl daxil olan təhlükə səbəbi ilə Nyu-York, Viskonsin və Florida ştatlarında yerləşən yəhudi mərkəzləri təxliyə edilib. Ötən həftə üç yəhudi qəbiristanlığı təhqir edilib. Təhdid alan təşkilatların sayı yüzü keçib.

Son xəbərlər

Orphus sistemi