ABŞ administrasiyası Ağ ev aparatındakı işçilərin əməkhaqlarını açıqlayıb

ABŞ administrasiyası Ağ ev aparatındakı işçilərin əməkhaqlarını açıqlayıb Məmurların illik əməkhaqları 30 min dollardan 179 min dollara qədər dəyişir
Digər ölkələr
1 İyul , 2017 07:48
ABŞ administrasiyası Ağ ev aparatındakı işçilərin əməkhaqlarını açıqlayıb

Bakı. 1 iyul. REPORT.AZ/ ABŞ prezidenti Donald Trampın müşavir və köməkçiləri də daxil olmaqla Ağ ev aparatının 377 əməkdaşının il ərzində nə qədər məvacib aldıqları məlum olub.

"Report" TASS-a istinadən xəbər verir ki, bu, cümə günü hazırkı administrasiyanın Birləşmiş Ştatlar Konqresinə göndərdiyi açıq hesabatda qeyd olunub.

Hesabata görə, məmurların illik əməkhaqları 30 min dollardan 179 min dollara qədər dəyişir. Həmçinin qeyd olunur ki, Trampın kürəkəni və böyük siyasi müşaviri olan Cared Kuşner, eləcə də, dövlət başçısının qızı, ABŞ prezidentinin müşaviri vəzifəsini icra edən İvanka Tramp əməkhaqqı almır. Sənəddə onların dövlət xəzinəsindən illik gəlirləri sıfra bərabərdir.

Ağ evin əsas nümayəndələri – əməkdaşlar aparatının rəhbəri Rayns Pribes, Ağ evin rəsmi nümayəndəsi Şon Spayser, baş siyasi strateq Stiv Bennon və böyük müşavir Kellienn Konuey ilə 179,7 min dollar məvacib alırlar. Ağ evin mətbuat katibinin müavini Sara Sanders bir qədər az - 165 min dollar qazanır. Ən yüksək maaş prezidentin siyasi müşaviri Mark Hausa məxsusdur.

Hesabatda göstərilən 377 əməkdaş arasında ən az əməkhaqqı Ağ ev yanında Milli İqtisadi Şuranın rəhbəri Heri Kondadır. O, ilinə 30 min dollar alır. Maraqlıdır ki, Kon administrasiyada, həmçinin əsas mövqelərdən birini tutur.

Son xəbərlər

Orphus sistemi