ABŞ “Açıq Hava Səması Müqaviləsi”nə qayıtmaq imkanlarını araşdırır

ABŞ “Açıq Hava Səması Müqaviləsi”nə qayıtmaq imkanlarını araşdırır ABŞ-ın yeni rəhbərliyi “Açıq Hava Səması Müqaviləsi”nə qayıtmağın mümkünlüyünü öyrənir, lakin Rusiya Federasiyasının razılaşmaya tam əməl etmədiyinə inanır.
Digər ölkələr
3 Fevral , 2021 03:19
ABŞ “Açıq Hava Səması Müqaviləsi”nə qayıtmaq imkanlarını araşdırır

ABŞ-ın yeni rəhbərliyi “Açıq Hava Səması Müqaviləsi”nə qayıtmağın mümkünlüyünü öyrənir, lakin Rusiya Federasiyasının razılaşmaya tam əməl etmədiyinə inanır.

“Report”un məlumatına görə, bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays brifinqdə deyib.

“Biz bununla bağlı (Açıq Hava Səması Müqaviləsi - Red) məsələni araşdırırıq, vaxtında qərar verəcəyik. Bildiyimiz kimi Rusiya hələ də müqaviləyə tam əməl etmir”-deyə, o bildirib.

Qeyd edək ki, 1992-ci ildə ATƏT-ə üzv olan 27 dövlət “Açıq Hava Sahəsi Müqaviləsi”ni imzalayıb. Müqavilə Soyuq Müharibədən sonra Avropada etimad tədbirlərindən birinə çevrilib. ABŞ ötən ilin 22 noyabr tarixindən “Açıq Hava Səması Müqaviləsi”ndən çıxıb.

Son xəbərlər

Orphus sistemi