Bu gün ABŞ “Açıq Hava Səması Müqaviləsi”ndən çıxır

Bu gün ABŞ “Açıq Hava Səması Müqaviləsi”ndən çıxır ABŞ bazar günündən etibarən (22 noyabr - Red) “Açıq Hava Səması Müqaviləsi”ndə tərəf olmayacaq.
Digər ölkələr
22 Noyabr , 2020 02:31
Bu gün ABŞ “Açıq Hava Səması Müqaviləsi”ndən çıxır

ABŞ bazar günündən etibarən (22 noyabr - Red) “Açıq Hava Səması Müqaviləsi”ndə tərəf olmayacaq.

Bu barədə “Report” “TASS”a istinadən xəbər verir.

ABŞ artıq hərbi fəaliyyətə nəzarət etmək üçün müqavilədə olan tərəflərin hər hansı birinin ərazisinə uçuş həyata keçirə bilməyəcək və uçuşlar zamanı əldə edilən məlumatlara sahib ola bilməyəcək.

Qeyd edək ki, 1992-ci ildə ATƏT-ə üzv olan 27 dövlət “Açıq Hava Sahəsi Müqaviləsi”ni imzalayıb. Müqavilə Soyuq Müharibədən sonra Avropada etimad tədbirlərindən birinə çevrilib. Rusiya isə bu müqaviləni 2001-ci ilin mayında təsdiqləyib. Ümumilikdə müqaviləni 34 dövlət təsdiq edib.

Son xəbərlər

Orphus sistemi