ABŞ “Açıq Hava Səması Müqaviləsi”ndən çıxır

ABŞ “Açıq Hava Səması Müqaviləsi”ndən çıxır ABŞ prezidenti Donald Tramp bəyan edib ki, ölkəsi “Açıq Hava Sahəsi Müqaviləsi”ndən çıxır.
Digər ölkələr
21 May , 2020 21:29
ABŞ “Açıq Hava Səması Müqaviləsi”ndən çıxır

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, ölkəsi “Açıq Hava Sahəsi Müqaviləsi”ndən çıxır.

“Report” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Amerika lideri Rusiya ilə yaxşı münasibətlərinin olduğunu bildirib: “Amma Rusiya razılaşmaya əməl etmir”-deyə, Tramp əlavə edib.

Qeyd edək ki, 1992-ci ildə ATƏT-ə üzv olan 27 dövlət “Açıq Hava Sahəsi Müqaviləsi”ni imzalayıb. Müqavilə Soyuq Müharibədən sonra Avropada etimad tədbirlərindən birinə çevrilib. Rusiya isə bu müqaviləni 2001-ci ilin mayında təsdiqləyib. Ümumilikdə müqaviləni 34 dövlət təsdiq edib.

Son xəbərlər

Orphus sistemi