ABŞ-a casusluq etmiş general 3 il azadlıqdan məhrum edilib

ABŞ-a casusluq etmiş general 3 il azadlıqdan məhrum edilib Serbiya Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi Momçilo Perişiç ABŞ-ın xeyrinə casusluq etdiyi üçün 3 il müddətinə azadlıqdan məhrum edilib.
Digər ölkələr
159
5 Fevral , 2021 16:20
ABŞ-a casusluq etmiş general 3 il azadlıqdan məhrum edilib

Serbiya Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi Momçilo Perişiç ABŞ-ın xeyrinə casusluq etdiyi üçün 3 il müddətinə azadlıqdan məhrum edilib.

“Report” TASS-a istinadən xəbər verir ki, Serbiyanın paytaxtı Belqradın Ali Məhkəməsi fevralın 5-də bu barədə qərar çıxarıb.

Məhkəmə Perişiçin ABŞ səfirliyinin əməkdaşı Con Neybora məxfi materiallar ötürdüyünü faktlarla sübuta yetirib. Keçmiş rəislə birlikdə qərargahın sabiq əməkdaşları Miodraq Sekuliç və Vladan Vlaykoviçə də 1,5 il iş kəsilib.

Vəkilin etirazına baxmayaraq, məhkəmə qapalı keçirilib.

Bildirilib ki, Serbiya generalı ABŞ-a 2002-ci ildən 18 il casusluq edib. O, Neybora sənədlər verərkən tululub.

General şərəf və ləyaqətini müdafiə edəcəyini, vəkili isə hökmdən apellyasiya şikayəti verəcəyini bildirib.

Momçilo Perişiç
Momçilo Perişiç

Son xəbərlər

Orphus sistemi