ABŞ 9 dustağı Quantanamo həbsxanasından Səudiyyə Ərəbistanına göndərib

ABŞ 9 dustağı Quantanamo həbsxanasından Səudiyyə Ərəbistanına göndərib Azad edilənlər Səudiyyə Ərəbistanına göndəriləcək
Digər ölkələr
17 Aprel , 2016 01:39
ABŞ 9 dustağı Quantanamo həbsxanasından Səudiyyə Ərəbistanına göndərib

Bakı. 17 aprel. REPORT.AZ/ ABŞ Quantanamoda 9 dustağı həbsdən azad edib. "Report"un məlumatına görə, bu barədə ABŞ-ın Müdafiə Nazirliyi xəbər yayıb. Azad edilənlər Yəmən vətəndaşıdır.

Məlumata görə, onların vətənlərinə qaytarılmasını ölkədə silahlı konfliktlə səbəb ola bilər.

Həmin səbəbdən azad edilənlər Səudiyyə Ərəbistanına göndəriləcəklər.

ABŞ daha bu insanlarıi təhlükəli insan hesab etmir. Həmin şəxslərin Səudiyyə Ərəbistanında qohumları olduqları deyilir.

Vaşinqtonun bu addımından sonra Quantnamo həbsxanasında 80 nəfər qalıb. Onların 26-ı yayın sonuna qədər Quantnamonu tərk edə bilərlər. Qeyd edək ki, bu həbsxanada əsasən Əfqanıstanda terrorçuluğa qarşı əməliyyat zamanı tutulmuş şəxslər saxlanılırlar.

Son xəbərlər

Orphus sistemi