ABŞ 500 iranlıya qarşı tətbiq etdiyi sanksiyanı ləğv etməyib

ABŞ 500 iranlıya qarşı tətbiq etdiyi sanksiyanı ləğv etməyib Amerika Birləşmiş Ştatları İranın 500 hüquqi və fiziki şəxsinə qarşı tətbiq etdiyi sanksiyaları ləğv etməkdən imtina edib.
Digər ölkələr
29 İyul , 2021 04:49
ABŞ 500 iranlıya qarşı tətbiq etdiyi sanksiyanı ləğv etməyib

Amerika Birləşmiş Ştatları İranın 500 hüquqi və fiziki şəxsinə qarşı tətbiq etdiyi sanksiyaları ləğv etməkdən imtina edib.

“Report” “Fars” agentliyinə istinadən xəbər verir ki, bunu İranın Vyanadakı beynəlxalq təşkilatlarında daimi nümayəndəsi Kazım Qərib Abadi deyib.

Onun sözlərinə görə, sanksiyalar ABŞ-ın keçmiş prezidenti Donald Tramp dövründə tətbiq edilib.

O əlavə edib ki, ABŞ rəsmiləri D.Tramp hökumətinin nüvə anlaşmasından çıxmasına bənzər vəziyyətin bir daha təkrarlanmayacağına zəmanət verməkdən də imtina edblər.

Qeyd edək ki, İranın yeni seçilmiş prezidenti İbrahim Rəisi rəsmi Tehrana qarşı sanksiyaların götürülməsi ilə bağlı ABŞ prezidenti Co Baydenlə görüşmək niyyətində olmadığını bildirib.

Son xəbərlər

Orphus sistemi