Yuxarı
    Bağlamaq

    ​ABŞ 40 illik qadağadan sonra ilk neft partiyasını ixraca göndərib

    Neft dolu tanker Texas ştatından İtaliya istiqamətində yola salınıb

    Bakı. 1 yanvar. REPORT.AZ/ Bu gün Birləşmiş Ştatlar 40 illik embarqodan sonra ilk neft partiyasını ixraca göndərib.

    "Report" "Bloomberg"ə istinadən xəbər verir ki, tanker Amerikanın "ConocoPhillips" şirkətinə məxsusdur və Texasdan İtaliyaya istiqamət alıb.

    "Qara qızıl"ın alıcısı dünyanın böyük neft treyderi olan "Vitol" İsveçrə-Niderland şirkətidir.

    Agentliyin məlumatına görə, ABŞ yaxın günlərdə "Vitol" şirkətinə daha bir neft partiyası göndərəcək. Beləliklə, yanvarın ilk həftəsində Texasın cənub hissəsindən 600 min barelə yaxın neft yola salına bilər.

    Amerika neftinin ixracına 1975-ci ildə qadağa qoyulub və bu, 40 il davam edib. Ötən ilin sonunda qadağa aradan qaldırılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi