ABŞ 4 hektar torpaq sahəsini Yaponiyaya geri qaytarıb

ABŞ 4 hektar torpaq sahəsini Yaponiyaya geri qaytarıb O, Okinava prefekturasında yerləşir
Digər ölkələr
31 İyul , 2017 08:14
ABŞ 4 hektar torpaq sahəsini Yaponiyaya geri qaytarıb

Bakı. 31 iyul. REPORT.AZ/ ABŞ Futemma dəniz piyada korpusunun hərbi bazası üçün istifadə olunan ərazinin bir hissəsini Yaponiyaya geri qaytarıb. O, Okinava prefekturasında yerləşir.

"Report" xəbər verir ki, bu barədə "Kyodo" agentliyinə istinadən İTAR-TASS məlumat yayıb.

Qaytarılan ərazinin sahəsi 4 hektardır.

Hazırda Yaponiyada aviabazanın yerinin dəyişdirilməsi üçün tikinti işləri aparılır. Obyektin yerləşdiyi rayon sakinlərinin fikrincə, bazada yerləşən "MV-22 Osprey" konvertoplanlarının uçuşları yerli əhali üçün təhlükəlidir.

Agentlik qeyd edir ki, ABŞ-ın ərazinin bir hissəsini geri qaytarmaq qərarı ölkənin bu prosesi ölü nöqtədən tərpətmək niyyətini nümayiş etdirir.

Son xəbərlər

Orphus sistemi