Yuxarı
    Bağlamaq

    ABŞ 29 uyğur türkünə sığınacaq verəcək​

    Tayland sentyabr ayının sonunadək bir qrup uyğur türkünü ABŞ-a göndərmək niyyətindədir

    Bakı. 25 sentyabr. REPORT.AZ/ Tayland sentyabr ayının sonunadək 29 uyğur türkünü ABŞ-a göndərmək niyyətindədir. 

    "Report"un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Taylandın mərkəzi hissəsində yerləşən Pathumthani vilayətindəki miqrantların müvəqqəti saxlanma mərkəzinə səfəri zamanı ölkənin sosial inkişaf və ictimai təhlükəsizlik naziri Adul Saenqsinqkayev deyib.

    Onun sözlərinə görə, ABŞ həmin uyğur türklərinə sığınacaq verəcək.

    Taylandın Sosial İnkişaf və İctimai Təhlükəsizlik Nazirliyinin məlumatına görə, hazırda mərkəzdə 328 uyğur türkü var. Onların böyük əksəriyyəti buraya hakimiyyətin regionda qeyri-leqal miqrantların daşınmasına qarşı keçirdiyi xüsusi əməliyyatdan sonra gətirilib.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi