​ABŞ 2016-cı ildə Suriyadan 10 min qaçqın qəbul edəcək

​ABŞ 2016-cı ildə Suriyadan 10 min qaçqın qəbul edəcək Prezident Barak Obama bu barədə göstəriş verib
Digər ölkələr
11 Sentyabr , 2015 00:44
​ABŞ 2016-cı ildə Suriyadan 10 min qaçqın qəbul edəcək

Bakı. 11 sentyabr. REPORT.AZ/ Birləşmiş Ştatlar gələn il Suriyadan ən azı 10 min qaçqın qəbul etməyi planlaşdırır.

"Report" xəbər verir ki, bu barədə Ağ evin mətbuat katibi Coş Ernest Avropada qaçqın böhranı ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən bildirib.

"Prezident Barak Obama öz komandasına bu insanlara yardım göstərilməsi yollarının öyrənilməsi barədə göstəriş verib. Belə yollardan biri bizim öz ərazimizdə qəbul edə biləcəyimiz qaçqın sayının artırılmasıdır. Oktyabrın 1-də başlayacaq növbəti maliyyə ilində biz ən azı 10 min suriyalı qaçqını qəbul etməyi planlaşdırırıq", - deyə o əlavə edib.

Son xəbərlər

Orphus sistemi