ABŞ 2015-ci ildə silah satışı üzrə dünya liderliyini qoruyub

ABŞ 2015-ci ildə silah satışı üzrə dünya liderliyini qoruyub Keçən ilin ən böyük silah alıcıları Qətər və Misir olub
Digər ölkələr
27 Dekabr , 2016 09:43
ABŞ 2015-ci ildə silah satışı üzrə dünya liderliyini qoruyub

Bakı. 27 dekabr. REPORT.AZ/ ABŞ 2015-ci ildə təxminən 40 milyard dollar dəyərində silah satmaqla silah satışı üzrə dünya liderliyini qoruyub.

"Report" "The New York Times" nəşrinə istinadən xəbər verir ki, bu barədə Konqresin Araşdırma Xidmətinin hesabatında deyilir.

Siyahıda ikinci yerdə Fransa qərarlaşıb. Avropanın bu ölkəsi 2015-ci ildə təxminən 15 milyard dollar dəyərində silah satmağa müvəffəq olub.

Rusiyanın 2015-ci ildə silah satışından əldə etdiyi gəlirlər demək olar, 2014-cü ilin səviyyəsində qalıb: 11,2 milyard dollardan 11,1 milyard dollara düşüb.

Məlumatda bildirilir ki, keçən ilin ən böyük silah alıcıları Qətər və Misir olub: ərəb ölkələri 17 milyard dollar məbləğində silah alıb. Səudiyyə Ərəbistanı isə 8 milyard dollarlıq silah alışı ilə siyahıda üçüncü olub.

Eyni zamanda, "The New York Times" ümumilikdə dünya silah ticarətinin həcminin 2015-ci ildə 89 milyard dollardan (2014-cü il) 80 milyard dollara düşdüyünü qeyd edib.

Son xəbərlər

Orphus sistemi