ABŞ 12 500 əfqanıstanlını təxliyə edəcək

ABŞ 12 500 əfqanıstanlını təxliyə edəcək ABŞ əvvəlcədən planlaşdırdığı kimi Əfqanıstanın 2 500 vətəndaşını üçüncü ölkəyə deyil, öz ərazisinə təxliyə edəcək.
Digər ölkələr
120
17 İyul , 2021 17:09
ABŞ 12 500 əfqanıstanlını təxliyə edəcək
Cozef Bayden

ABŞ əvvəlcədən planlaşdırdığı kimi Əfqanıstanın 2 500 vətəndaşını üçüncü ölkəyə deyil, öz ərazisinə təxliyə edəcək.

“Report” xəbər verir ki, məlumatı “NBC News” telekanalı yayıb.

Bir müddət əvvəl ABŞ Prezidenti Cozef Bayden bildirmişdi ki, amerikalılarla əməkdaşlıq etmiş Əfqanıstanın minlərlə vətəndaşını ABŞ-a təxliyə edəcəklər.

Bildirilib ki, daha 10 min əfqanıstanlı ABŞ hərbi bazasına və ya üçüncü ölkəyə köçürüləcək. Amerikalılar Əfqanıstandan çıxmağa başlayandan sonra ABŞ-la işləmiş 20 min nəfər köçmək üçün müraciət edib.

Xatırladaq ki, ABŞ və NATO qoşunları bu ilin mayından çıxarmağa başlayıb. Prosesin 2021-ci il sentyabrın 11-dək başa çatacağı planlaşdırılıb.

Son xəbərlər

Orphus sistemi