Yuxarı

​Abe: "MTA-nın casusluq fəaliyyəti təsdiqlənərsə, bu ABŞ-Yaponiya münasibətlərinə xələl gətirəcək"

Yaponiya ABŞ-ı WikiLeaks saytında yer alan MTA-nın Yaponiya rəhbərliyinə qarşı casusluq etməsi haqqında məlumatı araşdırmağa çağırıb

Bakı. 5 avqust. REPORT.AZ/ ABŞ-ın vitse-prezidenti Co Baydenlə telefon danışığı zamanı Yaponiyanın baş naziri Sinzo Abe ABŞ-ı WikiLeaks saytında yer alan MTA-nın Yaponiya hökuməti rəhbərliyinə qarşı casusluq etməsi haqqında məlumatı araşdırmağa çağırıb. Bu barədə "Report" Qazeta.Ru-ya istinadən xəbər verir.

Söhbət zamanı Abe Baydendən izahat tələb edib və casusluq barədə məlumat təsdiqlənərsə, bu iki ölkə arasında münasibətlərin korlanmasına səbəb olacağını bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi