"ABC News": Trampın daha bir müşaviri istefa bəyanatını hazırlayıb

"ABC News": Trampın daha bir müşaviri istefa bəyanatını hazırlayıb Qeri Konn prezidentin Şarlotsvilddəki hadisələrə münasibətindən narazı qalıb
Digər ölkələr
27 avqust 2017 03:17
ABC News: Trampın daha bir müşaviri istefa bəyanatını hazırlayıb

Bakı. 27 avqust. REPORT.AZ/ ABŞ prezidenti Donald Trampın iqtisadi məsələlər üzrə müşaviri Qeri Konn dövlət başçısının Şarlotsvilddəki hadisələrə münasibətindən narazı qalıb və bununla əlaqədar istefaya çıxması barədə bəyanat hazırlayıb.

"Report" xəbər verir ki, bu barədə "ABC News" məlumat yayıb.

Qeyd olunur ki, bir gün əvvəl "Financial Times"a müsahibə verən Kon hərçənd onun vəzifədən getməsini istəyənlərlə istəməyənlərin təzyiqlərini hiss etdiyini desə də, istefaya getmək niyyətində olmadığını bildirib.

Lakin "ABC News"un məlumatlı mənbəyi əmin edib ki, Konun istefa bəyanatı artıq hazırdır.

Telekanal qeyd edib ki, Trampın Şarlotsvilddəki qarışıqlıqlara münasibəti, onun ultrasağçıları və onların əleyhdarlarını ittiham etməsi prezidentin müşavirində nifrət doğurub.

Daha əvvəl KİV xəbər verib ki, Tramp Kona Federal Rezerv Sisteminin yeni rəhbəri vəzifəsinə əsas namizədlərdən biri kimi baxır.

Qeyd edək ki, Trampın Şarlotsvilddə baş verənlərə gec reaksiya verməsini demokratlarla yanaşı, respublikaçılar da kəskin tənqid ediblər. 

Son xəbərlər

Orphus sistemi