AB liderləri Ukraynayla bağlı sülh sazişinə ehtiyatla yanaşır

AB liderləri Ukraynayla bağlı sülh sazişinə ehtiyatla yanaşır Rusiyaya qarşı yeni sanksiya paketinin tətbiqi son sülh sazişinin necə yerinə yetiriləcəyindən asılıdır
Digər ölkələr
13 Fevral , 2015 08:27
AB liderləri Ukraynayla bağlı sülh sazişinə ehtiyatla yanaşır

Bakı. 13 fevral. REPORT.AZ/ Avropa Birliyinin liderləri Ukraynanın şərqində sülhə dair sazişə ehtiyatla yanaşır.

"Report" Azadlıq radiosuna istinadla xəbər verir ki, ötən axşam Brüsseldə görüşən AB liderləri bəyan ediblər ki, sanksiyaların məhdudlaşdırılması üçün rəsmi Moskva atəşkəsə hörmət etməlidir.

Fransa prezidenti Fransua Olland deyib ki, "Ukraynada sülhün bərqərar olması naminə təzyiqin saxlanması çox vacibdir."

"Bizim Prezident Vladimir Putinin xoş niyyətinə inamımız məhduddur. Ona görə də sanksiyalar barədə qərarımızı qüvvədə saxlamalıyıq," - deyə AB prezidenti Donald Tusk əlavə edib.

Qeyd edək ki, Minskdə əldə olunmuş saziş atəşkəs, ağır silahların çəkilməsi və Ukraynanın şərqinə geniş muxtariyyət nəzərdə tutur.

Fevralın 16-da AB daha 19 Rusiya vətandaşı ilə Ukrayna separatçısına qarşı viza qadağası tətbiq edə bilər, Həmçinin Rusiyanın 9 müəssisəsinin bank hesablarının dondurulması nəzərdə tutulub. Ancaq bu Qərbin bu addımı son sülh sazişinin necə yerinə yetiriləcəyindən asılıdır.

Son xəbərlər

Orphus sistemi