Yuxarı

ABŞ Suriyadakı yaraqlıların mövqelərinə yeni zərbələr endirib

İŞİD mövqelərinə ümumilikdə 194, o cümlədən Suriyada 16 zərbə endirilib

Bakı. 24 sentyabr. REPORT.AZ/ Amerikalı hərbçilər "İslam dövləti" qruplaşmasının Suriya və İraqdakı mövqelərinə yeni zərbələr endiriblər. "Report" xəbər verir ki, bu barədə Pentaqonun bəyanatında deyilir. 

İki zərbə Suriyanın şimal-şərqində Deyr-az-Zor şəhərindən cənubi-qərb istiqamətində endirilib. Nəticədə, silahların olduğu avtomobil məhv edilib, daha bir avtomobil zədələnib. 

Pentaqonun məlumatına əsasən, İŞİD mövqelərinə ümumilikdə 194, o cümlədən Suriyada 16 zərbə endirilib. "Tomoqavk" raketlərini və təyyarələr Qırmızı dəniz və Fars körfəzində yerləşən gəmilərdən buraxılıb. Əməliyyat Qətər, Bəhreyn, İordaniya, Səudiyyə Ərəbistanı və BƏƏ-nin dəstəyi ilə həyata keçirilib. 

Amerika Hərbi Hava Qüvvələri müttəfiq ölkələrin dəstəyi ilə sentyabr ayının 23-də "İslam dövləti" mövqelərinə hava zərbələri endirib. KİV-in məlumatına əsasən, Suriyanın Rakka şəhərindəki əməliyyatlar nəticəsində 30 yaraqlı və 8 dinc sakin öldürülüb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi