​"A320" təyyarəsinin qəzaya uğradığı yerdən ilk foto yayılıb

​"A320" təyyarəsinin qəzaya uğradığı yerdən ilk foto yayılıb Fotoda təyyarənin hissələrini görmək mümkündür
Digər ölkələr
24 Mart , 2015 20:17
​A320 təyyarəsinin qəzaya uğradığı yerdən ilk foto yayılıb

Bakı. 24 mart. REPORT.AZ/ Fransanın "Le Dauphine Libere" və "La Provence" nəşrləri "Germanwings" aviaşirkətinə məxsus "A320" tipli təyyarənin qəzaya uğradığı yerdən ilk fotonu dərc edib.

"Report" "İnterfax"a istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılmağa başlayan fotoda dağlıq ərazidə təyyarənin çoxsaylı hissələrini görmək mümkündür.

Şəkilin keyfiyyəti o qədər də yüksək deyil.

Müxtəlif məlumatlara görə, təyyarənin göyərtəsində 150 nəfərə yaxın sərnişin olub.

Son xəbərlər

Orphus sistemi