Quterreş: "BMT-də islahatlara ehtiyac var"

Quterreş: "BMT-də islahatlara ehtiyac var" O, dekabrın 12-də rəsmi olaraq baş katib kimi vəzifəsinin icrasına başlayıb
Digər ölkələr
13 Dekabr , 2016 01:06
Quterreş: BMT-də islahatlara ehtiyac var

Bakı. 12 dekabr. REPORT.AZ/ Birləşmiş Millətlər Təşkilatının (BMT) yeni baş katibi Antoniu Quterreş bildirib ki, təşkilatın ştatında və büdcəsində islahatlara ehtiyac var.

"Report" xəbər verir ki, bunu o, andiçmə mərasimindən sonra baş katib kimi ilk çıxışı zamanı bildirib.

"Mən demək istəyirəm ki, həm BMT-nin ştatı, həm də onun büdcəsinin islahatlara ehtiyacı var. Onların işi böhran barədə xəbərdarlıq etməkdir, fəsadları aradan qaldırmaq deyil", - deyə A.Quterreş bildirib.

A.Quterreş dekabrın 12-də and içib və rəsmi olaraq BMT-nin baş katibi kimi vəzifəsinin icrasına başlayıb.

Son xəbərlər

Orphus sistemi