Polşa polisi ölkə prezidentini ölümlə hədələyən şəxsi yaxalayıb

Polşa polisi ölkə prezidentini ölümlə hədələyən şəxsi yaxalayıb Bakı. 14 yanvar. REPORT.AZ/ Polşa polisi ölkə prezidentini ölümlə hədələyən şəxsi saxlayıb.
Digər ölkələr
14 Yanvar , 2019 23:57
Polşa polisi ölkə prezidentini ölümlə hədələyən şəxsi yaxalayıb

Bakı. 14 yanvar. REPORT.AZ/ Polşa polisi ölkə prezidentini ölümlə hədələyən şəxsi saxlayıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Varşava polisi özünün "Twitter" səhifəsində məlumat yayıb.

Qeyd edilir ki, 72 yaşlı şəxs prezident Andjey Dudanı ölümlə hədələyib. O, Voevodskın Qəza Bildirişləri Mərkəzinə zəng edərək, "Adamoviç (Qdansk meri Pavel Adamoviç –red) öldü, sabah isə Andjey Duda ölə bilər", - deyib.

Polis operativ şəkildə telefon zənginin hansı ünvandan edildiyini müəyyən edib. Həmin şəxs yaxalanıb, onunla bağlı iş prokurorluğa göndərilib.

Qeyd edək ki, Qdansk meri Pavel Adamoviç şəhərin 27 yaşlı sakini tərəfindən bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilsə də, həkimlər merin həyatını xilas edə bilməyib. Bildirilir ki, hadisəni törədən cinayətkar iki həftə əvvəl həbs cəzasını başa vuraraq azadlığa çıxıb. O, daha əvvəl bank soyduğuna görə, 5 il azadlıqdan məhrum edilibmiş. 

Son xəbərlər

Orphus sistemi