Yuxarı

​6 yaşlı türk ABŞ prezdentliyinə iddiaçı Hillari Klintona gözlənilməz sual verib

Hillari Klinton: Siz isə gələcəkdə Amerika sisteminə daha çox xeyir vercəksiniz

Bakı. 30 yanvar. REPORT.AZ/ "Onun bizim bu ölkədən getməyimizi niyə istədiyini bilirsinizmi?!".

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu sualı 6 yaşlı türk Məhəmməd Xırıdlıgil ABŞ prezidentliyinə Demokratlar Partiyasından olan iddiaçı, keçmiş dövlət katibi Hillari Klintona ünvanlayıb. 

M.Xırıdlıgil bu sualı ABŞ prezidentliyinə başqa bir iddiaçı, Respublikaçılar Partiyasının təmsilçisi Donald Trampın "müsəlmanlar ABŞ-dan qovulmalıdır" fikirinə aydınlıq gətirməsi üçün verib. 

Hillari Klinton ABŞ-da anadan olmuş 6 yaşlı Məhəmməd Xıdırlıgilə belə cavab verib: "Trampın dedikləri bir prezidentə yaraşan söz deyil. Siz isə gələcəkdə Amerika sisteminə daha çox xeyir vercəksiniz".

Qeyd edək ki, Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə iddiaçı Donald Trampın müsəlmanlara qarşı müxtəlif səpkidə çıxışları ölkəsində və ayrı-aryı dövlətlərdə etirazlara səbəb olub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi