51-ci Münhen təhlükəsizlik konfransı başa çatıb

51-ci Münhen təhlükəsizlik konfransı başa çatıb Bu il konfransın əsas mövzusu Ukraynadakı vəziyyət olub
Digər ölkələr
8 Fevral , 2015 23:22
51-ci Münhen təhlükəsizlik konfransı başa çatıb

Bakı. 8 fevral. REPORT.AZ/ Almaniyada keçirilən 51-ci Münhen təhlükəsizlik konfransı öz işini başa vurub.

“Report” xəbər verir ki, bu il konfransın əsas mövzusu Ukraynadakı vəziyyət olub.

Konfransın son günündə İraqın Kürd regional administrasiyasının rəhbəri Məsud Bərzani ABŞ-ın vitse-prezidenti Co Baydenlə görüşüb.

Əfqanıstan prezidenti Əşrəf Qani NATO-nun üzv ölkələrinə son 10 il ərzində ölkəsində təhlükəsizliyi dəstəklədiklərinə görə minnətdarlığını bildirib.

Tədbirdə son olaraq konfransın təşkilat komitəsinin sədri Volfqanq İşinqer çıxış edib. O qeyd edib ki, konfransın işində 500-dən çox siyasətçi və ekspert iştirak edib və 750-dən yuxarı ikitərəfli və çoxtərəfli görüşlər keçirilib.

Konfrans iştirakçılarının təhlükəsizliyini 3600 polis əməkdaşı mühafizə edib.

52-ci Münhen təhlükəsizlik konfransı 12-14 fevral 2016-cı il tarixində keçiriləcək.

Son xəbərlər

Orphus sistemi