Yuxarı

50-yə yaxın yəmənli miqrantı aparan qayıq qəzaya uğrayıb

Onlardan 13 nəfəri xilas edilib

Bakı. 3 fevral. REPORT.AZ/ Bab-əl-Məndəb boğazının Yəmən sahillərində qayığın qəzaya uğraması nəticəsində itkin düşən 35 nəfərdən çox yəmənli miqrantın axtarışı davam etdirilir.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, axtarışa rəhbərlik edən Saleh əl-Sobari qayıqda 50-yə yaxın adamın olduğunu deyib. Onlardan 13 nəfəri xilas edilib.

S.Sobari bildirib ki, qəzanın baş verməsinə səbəb əlverişsiz hava şəraiti, xüsusilə də güclü külək və yüksək dalğa göstərilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi