Yuxarı

​40 min qaçqın Suriyaya geri qayıdıb

Qayıdış son iki ay ərzində müşahidə olunub

Bakı. 27 fevral. REPORT.AZ/ Vətəndaş müharibəsi səbəbindən öz evlərini tərk etmiş suriyalı qaçqınların bir qismi vətənlərinə geri qayıdır.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, son iki ay ərzində Türkiyədə məskunlaşan 40 min suriyalı qaçqın artıq öz ölkəsinə qayıdıb.

Onlar Suriyaya Türkiyənin Hatay əyalətinin Reyhanlı bölgəsindəki "Cilvəgözlü" sərhəd-keçid məntəqəsindən keçiblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi