Son ​4 ildə ilk dəfə Yaponiya ilə Çin danışıqlar masasına oturur

Son ​4 ildə ilk dəfə Yaponiya ilə Çin danışıqlar masasına oturur Tərəflər dinc münasibətləri dəstəkləmək üçün səmimi danışıqların vacibliyini də vurğulayırlar
Digər ölkələr
19 Mart , 2015 12:04
Son ​4 ildə ilk dəfə Yaponiya ilə Çin danışıqlar masasına oturur

Bakı. 19 mart. REPORT.AZ/ Son 4 ildə Çinlə Yaponiya müdafiə və xarici işlər nazirləri səviyyəsində ilk dəfə danışıqlar aparılır.

"Report" xəbər verir ki, bu haqda "BBC" məlumat yayıb.

2011-ci ildən mübahisəli adalarla (Yaponiya adaları Senkaku, Çin isə Dyaoyuydao adlandırır) bağlı iki ölkə arasında danışıqlar prosesi dayandırılıb.

Bundan başqa, rəsmi Pekin İkinci Dünya müharibəsi zamanı Yaponiyanın Çinə təcavüz etməsi ilə bağlı Tokionun üzr istəməyə hazır olmamasından da narahatdır.

Məlumatda bildirilib ki, tərəflər dinc münasibətləri dəstəkləmək üçün səmimi danışıqların vacibliyini də vurğulayırlar.

Son xəbərlər

Orphus sistemi