2019-cu ildə Ungheni-Kişinyov qaz xətti istifadəyə veriləcək

2019-cu ildə Ungheni-Kişinyov qaz xətti istifadəyə veriləcək Onun illik ötürücü gücü 1,5-2 milyard kubmetr qaz olacaq
Digər ölkələr
5 Noyabr , 2016 04:54
2019-cu ildə Ungheni-Kişinyov qaz xətti istifadəyə veriləcək

Kişinyov. 5 noyabr.REPORT.AZ/ Rumıniya ilə Moldovanı birləşdirəcək Ungheni-Kişinyov qaz xətti 2019-cu ilin əvvəlində istismara veriləcək.

“Report”un Şərqi Avropa bürosu xəbər verir ki, bunu Moldova Baş nazirinin müavini, iqtisadiyyat naziri Oktavian Kalmık, rumıniyalı həmkarı Kostin Borkla birgə Moldova-Rumıniya birgə hökümətlərarası iqtisadi komissiyasının 9-cu iclasın yekunlarına həsr olunan mətbuat konfransında bildirib.

O, əlavə edib ki, layihənin Texniki-İqtisadi Əsaslandırılmasını 6 ay müddətində bu sahədə kifayət qədər təcrübəyə malik Rumıniyanın “Transgaz” şirkəti həyata keçirəcək. Rumıniya höküməti Moldovaya bu məqsədlə 550 min avro vəsait ayıracaq.

2017-ci ilin payızında isə tikiniti işlərinə start veriləcək. Uzunluğu 120 km olan “Ungheni-Kişinyov” qaz xətti layihəsinin ümumi dəyəri təqribən 100 mln avrodur.

Paytaxt Kişinyova qədər uzanan yeni kəmər tikildikdən sonra onun illik ötürücü gücü 1,5-2 milyard kubmetr qaz olacaq. Sözügedən layihəni Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), Avropa Komissiyası və AvroİnvestBank maliyyələşdirəcək. Artıq AYİB Moldovaya 41 milyon avro vəsaitin ayrılması barədə qərar qəbul edib.

Qeyd edək ki, Moldova-Rumıniya birgə hökümətlərarası iqtisadi komissiyasının iclası 3-4 noyabr tarixlərində Kişinyovda olub, 

Son xəbərlər

Orphus sistemi