Bakı. 27 yanvar. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama 2017-ci il üçün müdafiə büdcəsinin layihəsini hazırlayıb. "Report" RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, bura 580 milyard dollarlıq xərclər daxildir.
Bu göstərici 2016-cı maliyə ili üçün nəzərdə tutulmuş müdafiə büdcəsindən 27 milyard dollar azdır.
Əgər ABŞ Konqresi B.Obamanın bu təklifini qəbul edərsə, Pentaqon bir sıra silahlanma proqramını dayandırmalı olacaq.