2016-cı ilin sonundan Türkiyə vətəndaşlarından Şenqen vizası tələb olunmayacaq

2016-cı ilin sonundan Türkiyə vətəndaşlarından Şenqen vizası tələb olunmayacaq Bu qərar Brüsseldə keçirilən Türkiyə-AB sammiti ərəfəsində hazırlanan müqavilə mətnində əks olunub
Digər ölkələr
29 Noyabr , 2015 16:10
2016-cı ilin sonundan Türkiyə vətəndaşlarından Şenqen vizası tələb olunmayacaq

Bakı. 29 noyabr. REPORT.AZ/ Türkiyə vətəndaşları 2016-cı ilin oktyabr ayından etibarən Avropa Birliyinə (AB) üzv olan 28 ölkəyə vizasız səfər edə biləcək.

"Report"un "Hurriyet" qəzetinə istinadən verdiyi xəbərə görə, bu qərar Brüsseldə keçirilən Türkiyə-AB sammiti ərəfəsində hazırlanan müqavilə mətnində əks olunub.

Bununla yanaşı Ankaranın AB-yə üzvlük danışıqlarında da yeni fəsil açılacaq.

Sənəddə, həmçinin, qeyd olunur ki, mühacirlərə dəstək məqsədi ilə rəsmi Ankaraya 3 milyard dollar veriləcək. Bunun müqabilində isə Türkiyədən Avropaya keçən Suriyalı mühacirlərin Türkiyəyə qaytarılması təmin olunacaq.

Son xəbərlər

Orphus sistemi